"Mançester Siti" klubu yetirməsi Ceyms Traffordu geri qaytarır.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı qapıçı üçün "Nyukasl" klubu "Börnli"yə 27 milyon funt-sterlinq təklif etmişdi. "Şəhərlilər" onu satarkən müqaviləyə qoyduğu bənddən istifadə edərək eyni məbləği ödəyərək onu heyətinə cəlb edib.

22 yaşlı çərçivə qoruyucusu ilə 5+1 illik müqavilə imzalanacaq.

Bu barədə "The Athletic" məlumat yayıb.

Traffordun gəlişindən sonra "Mançester Siti"ni Ederson yox, Ştefan Orteqanın tərk edəcəyi gözlənilir.

Gənc qapıçı 13 yaşında olarkən MS akademiyasına gəlib. O, əsas komandada debüt edə bilməyib.