"Liverpul"un yeni hücumçusu Hüqo Ekitikenin məvacibi məlum olub.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu yeni klubunda illik 15-16 milyon avro maaş alacaq.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, "Liverpul" 23 yaşlı hücumçu üçün "Ayntraxt"a bonuslarla birlikdə 95 milyon avro ödəyəcək. Transferin bugünlərdə rəsmiləşəcəyi gözlənilir.