"Vest Hem" klubu "Liverpul"un futbolçusu Harvi Elliottu transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "qırmızılar" 22 yaşlı futbolçu üçün 40 milyon funt-sterlinq tələb edir. London klubu bu məbləği ödəmək istəmir.

Ona görə də gənc yarımmüdafiəçini icarə əsasında heyətinə qatmağı düşünürlər.

Bu barədə "Sun Sport" məlumat yayıb.

Elliott 2019-cu ildən "Liverpul"da çıxış edir. O, burada 147 oyuna çıxıb və 15 qol vurub.