İngiltərənin "Bornmut" klubu yeni mövsüm öncəsi heyətini gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, onlar serbiyalı qapıçı Corce Petroviçi "Çelsi"dən transfer edib. Premyer Liqa klubu onun üçün 25 milyon funt-sterlinq ödəyəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Petroviç 2023-cü ilin yayında "Çelsi"yə qoşulub. O, başa çatan mövsümü icarə əsasında Fransa klubu "Strasburq"da keçirib.

"Qalatasaray" da 25 yaşlı çərçivə qoruyucusu ilə yaxından maraqlanırdı. Lakin onun transfer məbləği İstanbul klubuna çox gəlib.