"Qəbələ" klubu Abdullahi Şuaybu ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A. Şuaybu ötən ilin yayından "qırmızı-qaralar"da çıxış edirdi. O, burada keçirdiyi 29 oyunda 8 qol vurmağı bacarıb.