Bu mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək "İmişli" 2 futbolçusu ilə müqavilə uzadıb.
Offsideplus.az xəbər verir ki, Elmir Rəhimzadə ilə 1, Lətif Rzayevlə isə 2 illik yeni sözləşmə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanı Xorxe Kaskilyaya əmanət edən "İmişli" bu yay heyətini 6 yeni futbolçu ilə gücləndirib.
Onlar ötən mövsüm Azərbaycan I Liqasını 2-ci yerdə bitirib və Premyer Liqaya vəsiqə qazanıb.



