"Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib. 

Offsideplus.az xəbər verir ki, Oleq Baklov növbəti mövsümdən etibarən Tovuz təmsilçisinin formasını geyinəcək. Tacikistan yığmasının qapısını qoruyan 30 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Son olaraq “UFA”da çıxış etmiş 201 sm boya malik əlcək sahibi Rusiyada “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarında çıxış edib.