Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesinə start verilib.
Offsideplus.az xəbər verir ki, süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçiriləcək. Bundan sonra torpaq hissəsinin yerləşdirilməsinə və müasir standartlara cavab verən təbii ot örtüyünün salınmasına başlanacaq. İşlərin oktyabr ayının sonuna kimi tamamlanması nəzərdə tutulub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İşlərin oktyabrın sonuna kimi tamamlanması nəzərdə tutulub. Eyni zamanda Abulbəyli kəndi ərazisində, Tovuz çayının kənarındakı torpaq sahəsində də süni örtüklü meydanın salınmasına başlanılıb.
Qeyd edək ki, "Turan Tovuz" öz stadionu hazır olan qədər matçlarını Suraxanıdakı "Azərsun Arena"da keçirəcək.



