"Neftçi" Polşanın Keltse şəhərində yay təlim-məşq toplanışını davam etdirir. 

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" bu gün yoxlama matçında qüvvəsini sınayacaq. Samir Abasovun kollektivi Bakı vaxtı ilə saat 13:30-da "Termalika" komandası ilə üz-üzə gələcək.

Polşa klubuna qarşı qarşılaşma "Sportovi Novini Stadionu"nda keçiriləcək. 

Qeyd edək ki, Bakı klubu daha öncə yoxlama matçında "Hapoel"lə (Tel-Əviv) 1:1 hesablı heç-heçə edib. 2025-26 mövsümünə hazırlığını davam etdirən "Neftçi"nin növbəti rəqibləri "Asteras" (Yunanıstan) və AEL (Kipr) komandaları olacaq.