Peşəkar Futbol Liqası yeni futbol nəğməsini təqdim edib.
Offsideplus.az xəbər verir ki, "Bizə qələbə lazımdır" adlı mahnının video-çarxı bu gün baş tutan püşkatma mərasimində nümayiş olunub. Nəğməni "Səs Azərbaycan" yarışmasının qalibi, Avroviziya təmsilçimiz Nadir Rüstəmli ifa edib.
Qeyd edək ki, N.Rüstəmli 2022-ci ildə İtaliyada keçirilən Avroviziya mahnı müsabiqəsində "Fade to Black" nəğməsi ilə Azərbaycanı təmsil edib (16-cı yer).
Videonu təqdim edirik:
View this post on Instagram



