"Qarabağ" futbolçusu Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, son üç mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2022-ci ilin yanvarında “Qarabağ”a keçən Rüstəm komandamızın heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.



