"Real Madrid" klubunun yeni "10" nömrəsi bəlli olub.
Offsideplus.az xəbər verir ki, "E-Noticies" nəşrinin yaydığı məlumata görə, bu forma Arda Gülerə həvalə olunacaq.
Qeyd edək ki, daha öncə "10" nömrəni Luka Modriç kürəyində daşıyırdı. Bu nömrəni daha öncə Luis Fiqo, Məsut Özil, Xames Rodriqes kimi futbolçular geyinib.



