"Qarabağ" klubu heyətinə yeni futbolçu cəlb edib.
Offsideplus.az xəbər verir ki, Ağdam təsmilçisi "Dinamo"nun (Zaqreb) oyunçusu Sami Mmaenin keçidini rəsmən açıqlayıb. 28 yaşlı müdafiəçi ilə icarə müqaviləsi 1 illik nəzərdə tutulub. O, “Qarabağ”da 3 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Mmae 2020-2022-ci illərdə Mərakeş yığmasının formasını geyinib.



