"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Çelye”yə qarşı cavab oyunundan öncə "bayquşlar"ın hücumçusu Pavol Şafranko mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, slovakiyalı hücumçu cavab matçına yaxşı hazırlaşdıqlarını qeyd edib:
“Bəli, oyunçular adından deyə bilərəm ki, yaxşı hazırlaşmışıq. Məşqçimizin dediyi kimi, son üç-dörd gündə çox yaxşı məşqlər keçdik. Əvvəlki oyundan maksimum dərəcədə dərs çıxarmağa çalışdıq. İndi isə bu son günlərdə topladığımız enerjini sabahkı oyuna daşımaq istəyirik. Söz verə bilərəm ki, meydana çıxanda hər birimiz 100% gücümüzlə oynayacağıq”.
Qeyd edək ki, "Çelye" - "Sabah" oyunu iyulun 17-si Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Bakıdakı ilk oyun rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.



