"Sumqayıt" klubu hücum xəttini gücləndirib. 

Offsideplus.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi Aleksandr Ramalinqomu heyətinə cəlb edib. Klub yeni transferini sosial şəbəkə səhifəsində ictimaiyyətə təqdim edib. 

Qeyd edək ki, 32 yaşlı hücumçu 2023-2024 mövsümündə "Səbail"in formasını geyinib.

Xatırladaq ki, "Sumqayıt" daha öncə Pedro Pinto, Aleksa Yankoviç və Rauf Rüstəmlini transfer edib.