"Sumqayıt" "Sabah"ın futbolçusu Rauf Rüstəmlini icarə əsasında heyətinə qatıb. 

Offsideplus.az xəbər verir ki, Sumqayıt təmsilçisi "Sabah"a məxsus yarımmüdafiəçi Rauf Rüstəmlini 1 illik icarəyə götürüb.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca "Sabah" və "Şamaxı" klublarının uğurları üçün çalışıb. 21 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və "A" milli komandalarımızın da şərəfini qoruyub.