AFFA İntizam Komitəsinin Misli Premyer Liqasının 2024/2025 mövsümü ilə bağlı son iclası keçirilib. 

Offsideplus.az xəbər verir ki, axırıncı iclasda XXXVI turda baş verən cəmi 3 neqativ hal müzakirəyə çıxarılıb.

- “Sabah”ın Sofian Çakla “Neftçi”yə qarşı oyununun 50-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalandırılıb, onun klubu 1500 manat cərimələnib; 

- bu matçın 76-cı dəqiqəsində “Neftçi”nin üzvü Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum edərək birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun cəzaya məruz qalıb, onun klubuna isə 1000 manat cərimə kəsilib;

- “Turan Tovuz” - “Kəpəz” görüşünün fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” 800 manat cərimə ödəyəcək