"Turan Tovuz”un futbolçusu İsmayıl Zülfüqarlı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, yubiley matçı Misli Premyer Liqasının XXXVI turunda “Kəpəz”lə qarşılaşmaya (4:0) təsadüf edib.
24 yaşlı yarımmüdafiəçi Premyer Liqada iki klubda forma geyinib.
Onun debütü 2019/20 mövsümündə "Neftçi"də gerçəkləşib.
Zülfüqarlı “Neftçi”də 52, “Turan Tovuz”da isə 48 matça çıxıb.
O, 100 oyuna 3 qol vurub. Hər 3 topu "Neftçi"nin heyətində rəqib qapılarından keçirib.