Misli Premyer Liqasının XXXVI turunda "Kəpəz" "Turan Tovuz"a 0:4 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Gəncə komandasının baş məşqçisi Azər Bağırov komanda liqada qaldığı üçün mövsümün uğurlu keçdiyini bildirib:
"Əvvəlcə həm jurnalistlərə, həm də azarkeşlərimizə mövsüm ərzində çəkdikləri əziyyətə görə təşəkkür edirəm. Oyun barəsində çox danışmağa dəyməz. Rəqibi təbrik edirəm. "Kəpəz"i Premyer Liqada saxlamağı bacardıq. İnşallah ki, gələcəkdə bu komanda üçün yaxşı işlər olacaq".
Qeyd edək ki, klub matçdan sonra açıqlama yayaraq, mütəxəssislə qarşılıqlı razılıq əsasında yolların ayrıldığını bəyan edib.