Azərbaycan çempionatında 2024-25 mövsümünü 6-cı yerdə başa vuran "Neftçi" klubunda bir sıra ayrılıqlar yaşanacaq.
Offsideplus.az-ın məlumatına görə, "ağ-qaralar" 5 futbolçusu ilə vidalaşacaq. Bu futbolçular Rəhman Hacıyev, Azər Əliyev, Yeqor Boqomolski, Yuri Matias, Azər Salahlıdır. Yaxın zamanda adıçəkilən futbolçuların gedişi bəyan ediləcək.
Bundan əlavə, Ramil Şeydayevin də Bakı klubundan ayrılması gözlənilir. Tərəflər maliyyə məsələlərində ortaq məxrəcə gələndən sonra 29 yaşlı hücumçu ilə də yollar ayrılacaq.



