Bu gün Misli Premyer Liqasında 5-ci yerin sahibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, XXXVI tur çərçivəsində keçirilən "Sabah" - "Neftçi" görüşü məhz bu baxımdan prinsipiallıq daşıyırdı.

Son tur ərəfəsində 45 xala malik "Sabah" "Neftçi"ni 2 xal qabaqlayaraq 5-ci sıranı tuturdu. 

"Bayquşlar" doğma meydançada qələbə qazanaraq mövqelərini "ağ-qaralar"a verməyiblər.

24 may (şənbə)

19:30. “Sabah” – “Neftçi” 1:0

Qol: Cessi Sekidika, 64

Qırmızı vərəqələr: Sofian Çakla, 50 ("Sabah") - Edvin Kuç, 76 ("Neftçi")

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

“Bank Respublika Arena”