Azərbaycan yığmasının baş məqşçi Fernandu Santuş ölkə çempionatının səviyyəsini qiymətləndirib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis Milsi Premyer Liqasına 10 ballıq şkala üzrə 5 qiyməti verib.
"Azərbaycan çempionatına 10 ballıq şkala ilə 5 bal verərdim. "Qarabağ"ın hansı səviyyədə olduğunu bilirik. Əlbəttə, hər klubun baş məşçqisi öz istəyini reallaşdırmaq istəyir. Ümumi götürdükdə Premyer Liqada 10 komandadan 3-4-ü yuxarı yerlər uğrunda mübarizə aparır", - deyə F.Santuş vurğulayıb.
Qeyd edək ki, bu gün portuqaliyalı çalışdırıcı milli komandanın heyətini açıqlayıb.



