Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov "Araz-Naxçıvan"ın avrokuboklara vəsiqə qazanmasına münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, federasiya rəsmisi sevinc hisslərini bölüşüb:

"Təbii ki, uğur hər birimizin uğurudur, Naxçıvan ictimaiyyətinin, futbolunun uğurudur. Hər bir naxçıvanlı kimi məndə sevinirəm. Tarixdə ilk dəfə "Araz-Naxçıvan"ın Azərbaycanı Avropada təmsil etməsi qürurverici haldır. Fürsətdən istifadə edib bütün naxçıvanlıları, azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm".

Z.Axundov 2025-26 mövsümündən komandada ciddi dəyişikliklərin olacağını qeyd edib:

"Gələn mövsümdən "Araz-Naxçıvan"ın heyətində 50 faiz dəyişiklik olacaq ki, komandamız Konfrans Liqasında daha uğurlu çıxış etsin. Naxçıvan stadionunda da işlərimiz başlayıb. Layihə hazırlanır. Ümidvaram ki, yaxın gələcəkdə Naxçıvanda oynayacağıq".