Misli Premyer Liqasının XXXV turunda "Sumqayıt" evdə "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub. 

Offsideplus.az xəbər verir ki, komandanın müvəqqəti çalışdırıcısı Vurğun Hüseynov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin önünə çıxıb:

“Futbolçular əllərindən gələni etdilər. Mən özümü məşqçi saymıram. Özümə məşqçi desəm, digər uğur qazanan həmkarlara hörmətsizlik olar. Vüqar Mustafayevə növbəti həyatında uğurlar arzulayıram. Baş məşqçi ola bilmək üçün uzun zaman lazımdır, təcrübə lazımdır. İnşallah, gələcəkdə qismət olarsa, baş məşqçi olmaq istəyərəm”.

V.Hüseynov Vaqif Cavadovun gedişinə münasibət bildirib:

“Vaqif Cavadovun gedişi təbii ki, komandaya pis təsir etdi. Amma baş məşqçilik elə bir sahədir ki, daim getməyə hazır olmalısan”.