Misli Premyer Liqasının XXXII turunda "Şamaxı" səfərdə "Turan Tovuz" ilə 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Şamaxı təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçı şərh edib:
"Çətin və maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Bu, görünürdü. Birinci hissədə mübarizə daha çox meydanın mərkəzində getdi. İkinci yarıda futbolçularımdan daha çox sürətli hücumlar görmək istəyirdim və bunu gördüm. İkinci hissəyə baxsaq, 2 xal itirən biz olduq. Futbolçularımdan razı qaldım. Xallarımızın üstünə xal gəldi. Rəqibin üstün cəhətlərini bilirdik. Elə bundan da qol vurdular. Ondan sonrakı standart vəziyyətlərdə futbolçularım yaxşı çıxış etdilər. Hər xal bizim üçün vacibdir. Çalışırıq ki, daha yuxarı pillələrə qalxa bilək. Bunun üçün çalışacağıq".



