Misli Premyer Liqasının XXXI turunda "Kəpəz" 1:2 hesabı ilə "Şamaxı"ya məğlub olub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov məğlubiyyəti şərh edib:
"Oyuna itkilərlə gəlmişdik. Cəzalı və zədəlilərimiz var. Ona görə meydançada rotasiyalar çox oldu. Amma bununla belə lazımi dəyişikliklər edə bilmədik. Rəqib səhvimizdən istifadə edərək hesabda önə keçdi. Şanslarımız olsa da, dəyərləndirə bilmədik. İrəliyə baxmaq lazımdır. Çox çalışmaq mütləqdir. Əgər ayaqlaşmaq istəyiriksə, çox çalışmaq vacibdir. Heyfslənmək bizə bir şey verməyəcək. Səhvlərdən nəticə çıxarmaq lazımdır. Önəmlisi olan budur".



