Misli Premyer Liqasında XXXI tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Şamaxı" klubu "Kəpəz"i qəbul edib. Gəncə təmsilçisi 4 oyun sonra ilk məğlubiyyətini yaşayıb: 2:1.
"Şamaxı" 34 xalla 7-ci yerdədir. 28 xala malik olan "Kəpəz" isə 9-cu yerdədir.
16:30 "Şamaxı" - "Kəpəz" 2:1
Qollar: Alfons Msanqa, 27, Brahim Konate, 67 - Luis Paçu, 34
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Şamaxı şəhər stadionu



