Umar Nurmaqomedov və Sun Yadun UFC-nin Şanxayda keçiriləcək turnirindən öncə ilk dəfə üz-üzə gəliblər. Döyüş 29 avqust tarixində baş tutacaq və gecənin əsas qarşılaşması olacaq.

Offsideplus.az xəbər verir ki, Umar Nurmaqomedovun aktivində 20 qələbə və 1 məğlubiyyət var. Sun Yadun isə 23 dəfə qalib gəlib, 9 dəfə uduzub və 1 heç-heçəsi var. Merab Dvalişvili bu barədə deyib: "Dağıstanda iki nəfəri hörmət etmirəm – Umar Nurmaqomedov və onun meneceri Rizvan."