Olimpiya çempionu Cordan Berrouz İslam Maxaçevin İan Gerri ilə döyüşdəki çıxışını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Berrouz bu barədə belə danışıb: "Maxaçevin Gerri ilə döyüşünə baxdım və gördüm ki, İan bir neçə dəfə müdafiəyə otururdu, İslam isə bir ayağa keçməyə çalışırdı. Gerri güclü güləşçi deyil. Əgər İslam eyni şəkildə mənim ayağıma keçsə, onu havaya qaldıraram. Maraqlı olar. Güləş və MMA fərqli idman növləridir. Bu idmana hörmətlə yanaşıram, ona görə də döyüşmürəm".
Qeyd edək ki, daha əvvəl həm Maxaçev, həm də Berrouz bir-biri ilə güləşməkdə maraqlı olduqlarını bildiriblər.


