Kilian Mbappe "Real Sosyedad"a qarşı keçirdiyi yeddinci oyunda səkkizinci qolunu vurub.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu La Liqanın birinci turunda San-Sebastyan klubuna qarşı matçda hesabı açıb. Fransalı futbolçu ümumilikdə "Sosyedad"a qarşı yeddi oyunda səkkiz dəfə fərqlənib.
Mbappenin İspaniya klubları arasında ən çox qol vurduğu komanda isə "Barselona"dır. O, kataloniyalılara qarşı on görüşdə 12 dəfə rəqib qapısına yol tapıb.


