Yığmamız yoldaşlıq oyununda Tacikistan üzərində 1:0 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

“Azarkeşlərə təşəkkür edirəm. Dünən də ağır oyun olacağını demişdim. Qələbə lazım idi, yaxşı oldu. İlk hissədə tempi yüksəldə bilmədik, ikinci yarıda bacardıq. Bizi ağır səfər gözləyir”.

– Abdulla Xaybullayevlə Mahir Emrelinin durumu necədir?

– Xaybullayevdə zədə yoxdur. Mahirdə də zədə halı baş verdi. Hardansa başlanğıc olmalıdır. Gənclərə yol açmaq istəyirik.

– Cahangir Fərəcullayev oyundan sonra paltardəyişmə otağına yollandı. Sizə nə dedi?

– O, həmişə bizimlədir. Bu dəfə də dəstəyini göstərdi. Uğurlar arzuladı.

– Millimizin oyunu ümid verir?

– Gənclər də gəlir. Komandanın perspektivi var.

– Növbəti oyunlar üçün nəyi dəyişmək və gücləndirmək lazımdır?

– Bəzi oyunçular sual altında idi. Bu gün onları gördük. Litva başqa komandadır.

– Litva ilə oyun üçün təxmini neçə faiz heyət beyninizdə yarandı?

– 90 faiz var idi. Bəzi oyunçular tam meydanda qaldı. Digərlərində dəyişikliklər oldu.

– Rəhim Sadıxovun 9 nömrə kimi oynaması Oleq Baklovu yaxşı tanıması ilə bağlı idi?

– Oyun üslubumuz idi. Pressinq edəndə 2 hücumçu lazım olur. Top bizdə olanda isə 10 nömrə kimi düşünürdük.

– Litva səfərindən bir xal gətirmək sərfəli nəticə hesab oluna bilər?

– Hər xal vacibdir. Əsas birinci yer olmaqdır.

– Mahir Emrelinin qol vura bilməməsi üzərində təzyiq yaradır?

– Klubunda da iki hücumçu mövqeyində oynayır. Mahir oyuna girəndən sonra daha yaxşı alındı. Özüm də dedim ki, qol vurmağı çox fikirləşməsin. İnanıram ki, qol da vuracaq.