Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır.
Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Joao Feliksin gələn yay azad agent kimi ayrılmasının qarşısını almaq üçün onun müqaviləsini iki mövsüm uzatmağı planlaşdırır.
Məlumata görə, klubun 26 yaşlı portuqaliyalı futbolçunun müqaviləsinin uzadılması ilə bağlı bəndi aktivləşdirmək üçün 2027-ci ilin may ayına qədər vaxtı var.
Müqavilənin uzadılması Feliksin illik maaşının 10 milyon avrodan 12,5 milyon avroya yüksəlməsini də nəzərdə tutur.
Portuqaliyalı hücumçu “Barselona”ya qayıtmağı arzulasa da, “Əl-Nəsr”in bu addımı həmin keçidi xeyli çətinləşdirə bilər.



