UEFA Konfrans Liqasının II təsnifat mərhələsi matçında "Aris" "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, Yunanıstan klubunun baş məşqçisi Marinos Uzunidis oyundan sonra mətbuat konfransında iştirak edib. 56 yaşlı mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Bizim üçün pis nəticə idi. İlk qolu vurduq, daha sonra oyunu daha yaxşı kontrol edə bilərdik. İki top buraxdıq, hətta qapımızda üçüncü qolu da görə bilərdik. Bu, bizim üçün qəbuledilməzdir. Bəzi futbolçuların fiziki durumuna görə ikinci hissədə düşüşün olacağını gözləyirdik. İkinci qol öz səhvimizdən vuruldu. Təcrübəli futbolçularımız da var. Bu oyunu unudub, cavab matçına köklənməliyik. İkinci oyun tamamilə fərqli olacaq. Rəqib qələbəyə layiq idi".
Qeyd edək ki, cavab oyunu bir həftə sonra Yunanıstanda baş tutacaq.



