"Zirə" - "Hayduk" matçından öncə keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Qonsalo Qarsiya görüşlə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyunla bağlı bunları deyib:

"Rəşad Sadıqov 5 ildir ki, "Zirə"nin baş məşqçisidir. Komanda onun istədiyini bilir, formalaşmış komandaya qarşı oynayacağıq. Biz yeni komandayıq, yeni-yeni formalaşırıq. İdeyalarımızı həyata keçirmək üçün çalışırıq".

O, "Hayduk"un sabiq futbolçusu İvan Rakitiçin təqaüdə çıxmağına da münasibət bildirib:

"Rakitiçin meydanda olması müsbət hal olardı. Top oyunçudan söhbət gedir, uzun illər yüksək səviyyədə çıxış edib. Ümid edirik ki, o yeni rolunda bizə kömək edəcək".

Qarsiya "Zirə"də Papunaşvili və Junior Martinsi fərqləndirib:

"Rəqibdə güclü, təcrübəli oyunçular var. Giorgi Papunaşvili, Junior Martinsin də adını çəkə bilərəm. Keyfiyyətli oyunçulardır. Amma biz rəqibə kollektiv kimi hazırlaşırıq. Öz oyunçularımızın bacarığına fikir veririk".

Qeyd edək ki, "Zirə" və "Hayduk" arasındakı Konfrans Liqasının II təsnifat mərhələsi qarşılaşması sabah Bakı vaxtı ilə 19:30-da başlayacaq. Görüş "Neftçi Arena"da baş tutacaq.