UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah" Moldovanın “Petrokub” komandası ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, bu komandalar arasında oynanılacaq matçların başlama saatı və hakimləri müəyyənləşib. “Sabah” və “Petrokub” arasında ilk qarşılaşma iyulun 24-ü Bakı vaxtı ilə saat 21:00-da Kişinyovda, cavab oyunu isə bir həftə sonra saat 20:00-da Bakıda baş tutacaq.
İlk oyunu israilli hakimlər briqadası idarə edəcək. Qal Leiboviç matçın baş hakimi olacaq. Ona Omer Barbiro və Yossi Babayoff kömək edəcəklər. Dekel Zino dördüncü hakim funksiyasını yerinə yetirəcək.
İyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək cavab görüşü isə saat 20:00-da başlayacaq. Bu görüşü isə serbiyalı hakimlər idarə edəcək. Baş hakim Danilo Nikoliç olacaq. Milan Şutuloviç və İvan Mikalaçki köməkçi, İvan Stamenkoviç isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.



