UEFA Konfrans Liqasının ikinci mərhələsində "Hayduk" ilə üz-üzə gələcək "Zirə"nin ev matçını hansı stadionda keçirəcəyi dəqiqləşib. 

Offsideplus.az xəbər verir ki, "qartallar" Xorvatiya komandasını "8-ci kilometr" stadionunda qəbul edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Zirə"nin KL-də ilk oyunu iyulun 23-də evdə, cavab görüşü isə bir həftə sonra səfərdə baş tutacaq.