Kriştiano Ronaldo ilk milyarder futbolçu olub.
Offsideplus.az xəbər verir ki, bu barədə "Bloomberg" portalı məlumat yayıb.
Portuqaliyalı ulduzun sərvəti 1.4 milyard avroya çatıb.
Ronaldo 2023-cü ilin sonlarından "Əl-Nəsr"də çıxış edir.
O, yeni müqaviləsinə əsasən Səudiyyə Ərəbistan klubundan mövsümlük 400 milyon avro məvacib alır.
Xəbərdə verilən məlumata görə, uzun illər Ronaldo və Messinin gəlirləri 2023-cü ilə qədər yaxın olub. Tarazlığı portuqaliyalı futbolçunun "Əl-Nəsr"ə transfer olmağı pozub.



