AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə akademiyalar, təhsil məktəbləri və idman məktəblərinin komandalarının nümayəndələri və koordinatorları arasında görüş keçirilib.
Offsideplus.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan görüşdə liqalarda başa çatmaqda olan mövsüm müzakirə olunub.
Eyni zamanda 2025/2026 mövsümü ilə bağlı fikir mübadiləsi aparılıb.
Klublar tərəfindən təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, məqsədəuyğun hesab edilənlərin növbəti mövsüm tətbiqi məsələsinə baxılacağı bildirilib.