Kriştiano Ronaldo qollarına davam edir.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçu ötən gün Səudiyyə Ərəbistan çempionatının açılış matçında fərqlənib. O, "Əl-Nəsr"in "Əl-Tavun"la matçında komandasının 2-ci qolunu vurub.
Görüş "Əl-Nəsr"in 5:0 hesablı qələbəsi ilə başa çatıb. Joao Feliks görüşdə het-trik edib.
Bu qol K. Ronaldonun karyerasında 940-cı olub. O, klublar üçün 802, Portuqaliya milli komandası üçün isə 138 qol vurub.



