"Əl-Nəsr" ötən gün Səudiyyə Ərəbistan Superkubokun finalda "Əl-Əhli" ilə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, Jorje Jesusun yetirmələri əsas vaxtı 2:2 bitən matçda penaltilər nəticəsində məğlub olub.
Kriştiano Ronaldo görüşdə ilk qolun müəllifi olub. Bu, onun S. Ərəbistan klubunda 100-cü qolu olub.
Portuqaliyalı ulduz bunu 4-cü klubunda da etməyi bacarıb. O, "Real Madrid"də 450, "Mançester Yunayted"də 145 və "Yuventus"da 101 qol vurub.
Ronaldo futbol tarixində bunu edə bilən ilk futbolçu olub.



