Moskva "Dinamo"su Baxtiyar Zaynutdinovu transfer etdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "Beşiktaş" bu keçiddən 3 milyon avroya yaxın məbləğ qazanacaq.
Hər iki klub transferi rəsmən elan edib.
Zaynutdinov 2023-cü ildə "Beşiktaş"a transfer olmuşdu. Qazax futbolçu İstanbul klubunun heyətində 49 oyuna çıxıb.
27 yaşlı futbolçu daha öncə Rusiyada "Rostov" və ÇSKA-nın formalarını geyinib.



