“Karvan” növbəti transferini reallaşdırıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax təmsilçisi Vüsal Məsimovu heyətinə cəlb edib.
Futbolçu ilə 1 illik müqavilə imzalanıb.
25 yaşlı sol cinah müdafiəçisi son olaraq “Şamaxı” klubunda forma geyinib.
Qeyd edək ki, klub bundan öncə Elltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveira Silva, Kyle Spence, Gavi Thompson, Olavale Doeni və Elvin Yunuszadəni və Vadim Abdullayevi heyətinə cəlb edib.



