Azərbaycanlı futbolçu Rüfət Abdullazadə karyerasını Xorvatiya davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı oyunçu "Varajdin" klubuna transfer olub. O, yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
Bu barədə klubun saytı məlumat yayıb.
"Sumqayıt"ın yetirməsi olan Rüfət iki mövsümdür "Səbail"də çıxış edirdi. O, "dənizçilər"in heyətində 75 oyunda 15 qol vurub və 14 məhsuldar ötürmə verib.



