Yeni mövsümün hazırlıqlarını Polşada davam etdirən “Neftçi” ikinci yoxlama oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, “ağ-qaralar” Polşanın ikinci liqa təmsilçksi “Termalitsa Nyeçetşa” klubu ilə qarşılaşıb.

“Sportovi novini” stadionunda baş tutan oyunun birinci hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Matçın ikinci hissəsində də tərəflər hərəyə bir qol vurublar. 

“Neftçi”nin heyətində Freddi Varqas və Bassala Sambou fərqlənib.

Qeyd edək ki, ilk yoxlama oyununda “Hapoel Təl-Əviv”lə heç-heçə edən (1:1) “ağ-qaralar” digər sınaq matçlarını iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubuna qarşı keçirəcək.