2025/2026 mövsümündən etibarən I Liqada çıxış edəcək "Səbail" hazırlıqlara start verib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Dənizçilər” ilk olaraq kapitan Yusif Nəbiyevlə anlaşıb.
27 yaşlı futbolçu ilə 1+2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yusif Nəbiyev son iki mövsümü “Səbail”də keçirib.



