UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn"la üz-üzə gələcək “Qarabağ” klubu İrlandiyaya yollanıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün çarter reysi ilə Bakıdan Dublinə uçub.

Qurban Qurbanovun yetirmələri sabah Dublində oyunöncəsi son məşqə çıxacaqlar.

"Şelburn"la görüşün start fiti iyulun 23-də Bakı vaxtı ilə saat 22:45-də “Tolka Park” stadionunda çalınacaq.