"Sabah"ın futbolçusu Coy Lens Mikels "Selye" ilə görüşdə het-trik etsə də, bu komandasının növbəti mərhələ yüksəlməyinə bəs etməyib.

Offsideplus.az xəbər verir ki, almaniyalı hücumçu Azərbaycan klublarının heyətində avrokuboklarda 3 qol vuran 5-ci futbolçu olub.

Bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.

Daha öncə 4 futbolçu bunu bacarmışdı:

2000/01 mövsümü, Çempionlar Liqası

Badri Kvaratsxeliya – 19.07.2000. “Şəmkir” – “Skonto” (Latviya) – 4:1 (əlavə vaxtda)

2014/15 mövsümü, Avropa Liqası

Ernest Nfor – 07.08.2014. “Çixura” (Gürcüstan) – “Neftçi” – 2:3

2015/16 mövsümü, Avropa Liqası

Teo Uiks – 30.06.2015. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1

2024/25 mövsümü, Çempionlar Liqası

Olavio Juninyo – 30.07.2024. “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) – 5:0

2025/26 mövsümü, Avropa Liqası

Coy Lens Mikels – 17.07.2025. “Selye” (Sloveniya) – “Sabah” – 3:3 (əlavə vaxtda)