Yeni futbol mövsümünə hazırlığını davam etdirən “Neftçi”nin Polşa toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” iyulun 17-də İsrailin “Hapoel Təl-Əviv”, bundan 5 gün sonra isə Polşanın “Termalitsa Nyeçetşa” klubu ilə qarşılaşacaq.
Samir Abasovun rəhbərlik etdiyi kollektivin iyulun 27-də "Asteras Tripolis" (Yunanıstan) və avqustun 1-də AEL-lə (Kipr) yoxlama matçı keçirəcəyi daha öncə açıqlanmışdı.
Qeyd edək ki, təlim-məşq toplanışına iyunun 25-də başlayan “Neftçi” hazırlığın ilk hissəsini iyulun 14-dək Bakıda keçirib.
Toplanışın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil ediləcək.



