Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" birinci yoxlama matçını keçirib.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Ukrayna Premyer Liqasının debütantı "Metallist 1925"lə qarşılaşıb.
Oyun "Qarabağ"ın 4:5 hesablı məğlubiyyəti ilə nəticələnib.
Komandalar hərəsi 30 dəqiqədən ibarət 4 hissə mübarizə aparıblar.
Ağdam təmsilçisindən Nəriman Axundzadə (2 qol), Sergey Kaşuk və Emmanuel Addai (pen.) fərqlənib.
"Qarabağ" növbəti yoldaşlıq görüşünü iyulun 11-də "Tvente"yə qarşı keçirəcək.



