Azərbaycan Premyer Liqası klubları arasında koronavirusdan ən çox əziyyət çəkənlərdən biri olan "Sumqayıt"da yenə yoluxma halı aşkarlanıb.

Offsideplus.az xəbər verir ki, futbolçularla yanaşı, komandanın həkimi, fizioterapevti və inzibatçısı da koronavirusa yoxluxub. 

“Sumqayıt” Futbol Akademiyasının baş koordinatoru Hakan Sünal da COVID-19-a tutulub. Türk kökənli alman mütəxəssis hazırda hərarətinin yüksək olduğunu, ev şəraitində müalicə aldığını bildirib (Sportinfo).